Modern.az

Prezident "sel qaçqınları"nın təzə evlərinin açılışında iştirak edib

Prezident "sel qaçqınları"nın təzə evlərinin açılışında iştirak edib

Təhsil

1 Noyabr 2010, 16:57

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə evlər tikilib. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak edib. (AzərTAc)
Prezident fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb. Yeni Novruzlu kənd orta məktəbinin təzə binası ilə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb, onları təbrik edib.

***

İlham Əliyev Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün salınan yeni qəsəbənin də açılışına qatılıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib ki, yeni qəsəbədə 68 ailə üçün iki, üç və dördotaqlı fərdi evlər inşa olunub.
Dövlət başçısı qəsəbənin yerləşmə planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb.
Evlərdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinlərini təbrik edib.

***

Azərbaycan prezidenti noyabrın 1-də Sabirabadın Mürsəlli kəndində Yusif Qasımov adına orta məktəbin əsaslı şəkildə təmir olunmuş binasının açılışında iştirak edib.
Məlumat verilib ki, 320 şagird yeri olan məktəbin ikimərtəbəli binasında uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb.
Dövlət başçısı yaradılmış şəraitlə tanış olub.
Daşqınlar zamanı ziyan dəymiş ərazilərdə aparılan tikinti və yenidənqurma işlərinə dair təqdimat olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonunda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Sonra dövlət başçısı kənd sakinləri ilə görüşüb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü