Modern.az

Gülər Əhmədova ilə bağlı bəyanat verildi ®

Gülər Əhmədova ilə bağlı bəyanat verildi  ®

Təhsil

2 Noyabr 2010, 14:11

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bəyanat verib. Modern.az-a daxil olan bəyanatda bildirilib:

- Dövlətçiliyimizin inkişafı, xalqımızın rifahı naminə ali qanunvericilik orqanımız olan parlamentə 7 noyabr 2010-cu ildə keçiriləcək seçkilərdə aktiv iştirak edəcəyik. Təşkilat  olaraq bütün tərəfdarlarımızı və bizi dəstəkləyən hər kəsi həmin gün seçkidə fəal olmağa, 34 saylı Xətai İkinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının  namizədi Gülər Mikayıl qızı Əhmədovaya səs verməyə çağırırıq.
Qeyd edək ki, Gülər Əhmədova siyasətdə olduğu və 10 il parlamentdə təmsil olunduğu zamanlarda öz aktivliyi ilə seçilib. Onun daim Heydər Əliyev siyasi kursuna xidmət etməsi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tutduğu doğru-düzgün yolda Ali Baş Komandanın əsgəri kimi davranması seçiciləri ilə yanaşı, ona müraciət edən hər bir vətəndaşa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Odur ki, bir daha hamınızı 7 noyabrda seçki məntəqəsinə gedib, Gülər Mikayıl qızı Əhmədovaya səs verməyə çağırıram.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır