Modern.az

Almaniyada yaşayan azərbaycanlı “Avroviziya 2011”in seçiminə qatılıb

Almaniyada yaşayan azərbaycanlı “Avroviziya 2011”in seçiminə qatılıb

Təhsil

2 Noyabr 2010, 18:06

Almaniyada yaşayan  azərbaycanlı Seyran İsmayılxanov “Avroviziya 2011” musiqi yarişmasında iştirak etmək üçün  Bakıya gəlib. Secim tiruna qatılan Seyranın bu günə kimi bir cox nailiyyətləri var.  

Seyran Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlib.  1999 - cu ildə Azərbaycanda keçirilən “Bakı Payızı„ müsabiqəsində iştirak edib. 2001-ci ildə Moskvada Gnesena Musiqi Akademıyasında təhsilini davam etdirib. 2002-ci ildə Seyranın “Uletayu“ adlı  singlı Moskvanın bir cox radiolarıda və kanallarıda yayınlanıb. 2005 - ci  ildə yaradıcılıq təklifləri alan Seyran Almaniyaya gedib.

Məşhur pianist Norman Kunz ilə birlikdə “Different Joy“ adlı Jazz-Pop-Rock musiqi qrupu  yaradib. Seyran bir neçə dildə musiqi yazır və ifa edir. Bir müddət model kimi fəaliyyət göstərən Seyran azərbaycan, rus, ingilis, alman dillərini mükəmməl bilir. Köln  “Laruspapo“ teatrında müxtəlif səhnələrdə çıxış edib. Morris Kosak, Marcus Duppach və Frak Marait kimi tanınmış musiqiçilərlə birlikdə bir sıra  proyektlərə imza atıb.

Seyran bu günə qədər müxtəlif ölkələrdə keçirilən musiqi yarışmalarında iştirak edib. Rusiyanin “5 Ulduz Intervision”, türk xalqları  arasında keçirilən “Colpan Yıldızı” musiqi yarışmasında Azərbaycan xalq mahnı və rəqsilərini ifa edib. Bu il sentyabr ayından  “Waiting for your call” (“Gözləyirəm zəngini”) adlı singlı bir cox TV və radio efirlərində yayınlanır. Seyran  gələn ilin  fevral ayında  Şimali Kiprdə keçiriləcək "Golden MELODY" adlı yarışmada Azərbaycanı təmsil edəcək.  

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir