Modern.az

Medvedev Türkiyəni cinayətkar adlandırdı

Medvedev Türkiyəni cinayətkar adlandırdı

Dünya

25 Noyabr 2015, 11:12

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyənin Suriya ilə sərhəddə Su-24 bombardmançı təyyarəsini vurmasını cinayətkar hərəkət adlandırıb.

Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hökumət başçısı insidentin Moskva ilə NATO arasında münasibətlərin gərginləşməsinə gətirib çıxardığını bildirib.  

O deyib ki, dövlət sərhədlərinin müdafiəsi də daxil olmaqla, heç bir maraq buna haqq qazandırmır.  

Baş nazir Türkiyənin “İslam dövləti” (İŞİD) ilə əlaqələrinin olduğunu da iddia edib:

“Rusiyada Türkiyə məmurlarının “İslam dövləti”ndən neft məhsulları almasına dair məlumatlar var”,-deyə o qeyd edib.  

Ötən gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 döyüş təyyarəsinin vurulması Ankara ilə Moskva arasında gərginliyə səbəb olub.

Rusiya tərəfi bəyan edib ki, təyyarə Suriya ərazisində vurulub. Prezident Vladimir Putin isə Türkiyənin bu addımını “arxadan vurulan zərbə” kimi xarakterizə edib və iki ölkə arasında əlaqələrin pisləşəcəyi barədə anons verib.  

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. O vurğulayıb ki, Türkiyənin öz sərhədlərini qorumaq hüququ var.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı