Modern.az

Payızda yaz havası: hələ sabah da belə ocaq

Payızda yaz havası: hələ sabah da belə ocaq

26 Noyabr 2010, 10:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 10-12, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Noyabrın 27-də də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 18-20, dağlarda gecə 4-8, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 14-17, dağlarda gecə 4-8, gündüz 10-13 dərəcə isti təşkil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı