Modern.az

Fəzail Ağamalının müavini Kambocaya gedib

Fəzail Ağamalının müavini Kambocaya gedib

Təhsil

30 Noyabr 2010, 18:24

Ana Vətən Partiyasının Beynəlxalq məsələlər üzrə müavini Elçin Ağamalı və partiyanın Qadınlar Şurasının üzvü Vüsalə Məmmədova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının altıncı Baş Assembleyasında iştirak etmək üçün Kamboçanın paytaxtı Pnompen şəhərinə gediblər.
Baş Assembleyada demokratiyanı möhkəmləndirmək və Asiya ölkələrində həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə gənc və qadın siyasətçilərin iştirakı zəruri hesab edilib. Konfrans dekabr ayının 1-dən 4-nə qədər davam edəcək. Konfransda Kamboça Krallığının baş nazirinin, hökümət üzvlərinin və Asiya ölkələrinin siyasi partiya liderlərinin iştirakı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır