Modern.az

Azərbaycanda 2673 QİÇS-li xəstə rəsmi qeydiyyatdadır

Azərbaycanda 2673 QİÇS-li xəstə rəsmi qeydiyyatdadır

1 Dekabr 2010, 15:51

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə günü kimi qeyd edilir. Artıq 22 ildir bu tarix qeyd edilir, bu, o deməkdiur ki,  QİÇS problemi dünyada sərhədləri sürətlə aşmaqdadır. Azərbaycanda da bu təhlükəli xəstəliyə yoluxan insanlar az deyil. Lakin ümumi statistik göstəricilərə görə, Azərbaycan QİÇS-in nisbətən az yoluxduğu ölkələr sırasındadır.

Modern.az-ın məlumatına görə, Səhiyyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinnin rəhbəri Həqiqət Qədirova QİÇS-lə Mübarizə günü ilə bağlı keçirilən tədbirdə bir sıra məqamlara toxunub. O qeyd edib ki, QİÇS daha çox Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində sürətlə yayılmaqdadır. Tədbirdə illik hesabat təqdim edilib.
Hesabata əsasən, dünyada QİÇS-in yayıcısı olan İİV virusuna yoluxan insanların sayı 33,3 milyon təşkil edir ki, onların da 15.9 milyonu qadın, 2,5 milyonu isə uşaqdır.
Təkcə 2009-cu il ərzində dünya üzrə QİÇS virusuna yoluxma halı 2.6 milyon insanda müşahidə edilib, öldürücü xəstəlikdən vəfat edən insanların sayı isə 1.8 milyondur.

Həqiqət Qədirova deyib ki, Azərbaycanda da QİÇS ən aktual problemlərdəndir. 2010-cu ilin 11 ayı ərzində Azərbaycanda 409 yeni fakt aşkar olunub. Onlardan 398-u, yəni 97.3 %-i Azərbaycan vətəndaşı, 11 nəfər isə əcnəbi vətəndaşdır.Ümumilikdə isə 1987-ci ildən 2010-cu ilədək  ölkə ərazisində 2673 nəfər xəstə rəsmi qeydiyyatdan keçib. Onların 83.2 %-ni kişilər, 16.8 %-ni isə qadınlar təşkil edir.

QİÇS-in yoluxma yolları və profilaktikasından danışan Həqiqət Qədirova Azərbaycanda QİÇS-in daha çox kişilər arasında narkotik maddələr vasitəsiylə yayıldığını vurğulayıb. O, xüsusilə qeyd edib ki, 2572 nəfər Azərbaycan vətəndaşından  63.5%-i, yəni 1634 nəfərdə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində qeydə alınıb. 614 nəfərdə heteroseksual, 32 nəfərdə anadan uşağa keçməklə, 21 nəfərdə isə homoseksual kontakt nəticəsində yoluxma halı baş verib. Azərbaycanda QİÇS virusu regionlar üzrə daha çox Sumqayıt, Şirvan, Hacıqabul və cənub bölgəsində daha müşahidə olunur.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı