Modern.az

Bakıda Türkiyə səfirliyi jurnalistlər üçün tədbir keçirir

Bakıda Türkiyə səfirliyi jurnalistlər üçün tədbir keçirir

Təhsil

2 Dekabr 2010, 11:38

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyi bu ölkənin mediasının bilik və təcrübəsini azərbaycanlı jurnalistlərlə müzakirə etməık üçün bu gün böyük bir tədbir düzənləyib. Modern.az saytının məlumatına görə, tədbirdə iştirak etmək üçün Türkiyədən Azərbaycana böyük bir nümayəndə heyəti gəlib.
Dekabrın 2-də Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə
Azərbaycandan da rəsmi şəxslər və jurnalistlər, tələbələr iştirak edirlər.
Seminarda qəzet və jurnallarda səhifə dizaynı, televiziya xəbərçiliyi və televiziyada reportaj texnikaları, görüntülü xəbər vermə texnikaları, video reportajların hazırlanmasındakı son inkişaflar, Türkiyə və dünya mediasında reklam, Türkiyədə mətbuatla dövlət qurumları arasındakı problemlərin həlli mövzuları müzakirə olunur.
Tədbirə Prezident Admistirasiyasının İctimai – siyasi şöbəsinin müdüri Əli Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıc, Türkiyə Baş Nazirlik Mətbuat-Nəşr və İnformasiya şöbəsinin baş direktoru Mutad Karakaya da qatılıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü