Modern.az

Bahar Muradova: “Dayandığımız yerdən davam edəcəyik”

Bahar Muradova: “Dayandığımız yerdən davam edəcəyik”

Parlament

8 Fevral 2016, 17:04

ATƏT Parlament Assambleyasının (PA) növbəti iclası fevralın 25-26-da Vyana şəhərində keçiriləcəyi barədə məlumat vermişdik.

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova  Modern.az saytına açıqlamasında deyib ki, ATƏT PA-nın iclasında yeni nümayəndə heyəti tam tərkiblə iştirak edəcək.

Milli Məclisin sədr müavini yeni seçilən deputatların ATƏT PA-dakı fəaliyyəti ilə bağlı suallara belə  cavab verib.

“Hesab edirəm ki, bu işə çox fəal şəkildə qoşulacaqlar və qısa müddətdə təşkilatın ümumi fəaliyyətinə öz töhfələrini verə biləcəklər. Mən də yeni seçilmiş deputatları kifayət qədər savadlı, mövcud prosesləri bilən, bu proseslərdən baş çıxarmaq üçün imkanları olan şəxslər hesab edirəm.

Qrupun üzvləri, onların fərdi keyfiyyətləri, bu və ya digər fəallığı vacib məsələdir. Azərbaycan dövlətinin istər rəsmi,  istərsə də parlament diplomatiyası ilə bağlı yeritdiyi xarici siyasət dəsti-xətti var. O dəsti-xətt davam etdirilməlidir. İstər millət vəkilləri yeni olsun,  istərsə də bir neçə çağırış seçilmiş millət vəkilləri. Fərqi yoxdur. Biz dayandığımız yerdən fəaliyyətimizi davam etdirəcəyik. Zaman da elə zamandır ki, onun tələblərinə, şərtlərinə uyğun bu işi aparmaq lazımdır”.

Nümayəndə heyətinin rəhbəri  ATƏT PA-ya qatılan yeni tərkibdən də söz açıb.

“Yeni tərkibdə gözləntilərim odur ki, bu günə qədər ATƏT PA-da nümayəndə heyətinin fəaliyyəti yeni dövrün tələblərinə uyğun şəkildə aparılıb. Biz bu işlə məşğul olacağıq. Yeni tərkibdə həm yeni seçilmiş deputatlar,  həm də tərkibin digər üzvləri Azərbaycan prezidentinin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətindəki siyasətini ATƏT çərçivəsindəki  kriteriyalara uyğun şəkildə və parlament diplomatiyası vasitəsilə davam etdirilməsinə öz töhfələrini verəcəklər”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir: Bahar Muradova, Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Ülviyyə Ağayeva və Elşad Həsənov.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü