Modern.az

Maştağada əməliyyat - 3 nəfər həbs olundu

Maştağada əməliyyat - 3 nəfər həbs olundu

Aktual

7 İyun 2016, 15:30

Respublikanın daxili işlər orqanları qanunsuz olaraq odlu silah-sursatın saxlanılması, eləcə də narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN-in məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayon sakinləri Anar Məcidov, Ağakamal Zəkiyev və qardaşı Ağazakir tutulublar.

Saxlanılan şəxslərin Maştağa qəsəbəsində yaşadıqları evə baxış zamanı müvafiq sənədləri olmayan “Makarov” markalı tapança, “Vinçester” markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə, həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək