Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.
Qeyd edək ki, C.Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.
C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.
Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı.
Modern.az