Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar".
Modern.az