“Azərbaycan ordusunun əsgərinin meyitinin qaytarılması ilə Ermənistan səlahiyyətli orqanları məşğul olur”.
Modern.az saytı xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib:
"Danışıqlar gedir, araşdırma aparılır. Ermənistanın səlahiyyətli orqanları meyitlə bağlı məsələlərlə məşğul olur".
Xatırladaq ki, dekabrın 29-də Azərbaycan Silahlı Qüvvələri inin əsgəri Çingiz Salman oğlu Qurbanov Ermənistanın Tavuş rayonu ilə sərhəddəki atışmada həlak olub və onun meyiti düşmən əlinə keçib. Ermənilər hələ ki cəsədi qaytarmağı lıəngidirlər.
Modern.az