Modern.az

Üç yaşlı qız süd qazanına düşərək yanıb

Üç yaşlı qız süd qazanına düşərək yanıb

Aktual

18 Fevral 2017, 21:21

Salyan rayonunda üç yaşlı qız yanıb. Hadisə şəhərin Əlövsət Quliyev küçəsi, bina 2, mənzil 1 ünvanında qeydə alınıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı