Modern.az

Azərbaycan qətiyyətli mövqeyi ilə nümunə olan dövlətdir - Deputat

Azərbaycan qətiyyətli mövqeyi ilə nümunə olan dövlətdir - Deputat

Parlament

2 May 2024, 14:59

Azərbaycan müstəmələkəçiliyin bütün tendensiyalarına qarşı mübarizə aparan və bu prinsipiallığı, qətiyyətli mövqeyi ilə nümunə olan, president yaradan bir dövlətdir.

 

Bu sözləri Modern.az-a Prezident İlham Əliyevin Bakıda, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışının bəzi istiqamətlərini şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat dövlət başçısının “Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır” çağırışına diqqət çəkib və qeyd edib ki, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması bütün bəşəriyyətin utanc yeridir: “Öz ərazilərindən bir neçə min kilometrlərlə uzaqda xalqları məcburi assimilyasiyaya məruz qoyan, istismar edən neokolonializm təcrübəsinə son qoyulmalı, beynəlxalq birlik bu məsələdə birmənalı mövqe nümayiş etdirməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Maraqlıdır ki, Avropada olmayan ölkələrin işinə müdaxilə etməyi fəaliyyətlərinin əsas istiqamətinə çevirən Avropa təsisatları, nədənsə rüsvayçı neomüstəmləkəçiliyin yaratdığı problemlərlə bağlı susmağa üstünlük verirlər. Bu isə öz növbəsində yeni iddialara, tendensiyalara yol açır.”

 

Azər Kərimli dövlətimizin başçısının ölkəmizin bölgədə sülhü təmin etmək üçün atdığı addımlar barəsində fikirlərinə də toxunub və qeyd edib ki, 30 ilə yaxın Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, dini, tarixi, mədəni abidələrin, ziyarətgahların, məzarların dağıdılmasına, təhqir olunmasına göz yuman ölkə və təsisatların bu gün yenidən bölgəyə müdaxilə üçün normallaşma prosesinə müdaxilə etməsi misli görünməmiş riyakarlıq nümunəsidir:

“Heç kim unutmamalıdır ki, Azərbaycan beynəlxalq hüququn norma və prinisplərini, BMT Təhlükəsizlik Şurasının qərarlarını, özlərini vasitəçi adlandıran bir sıra dövlətlərin 30 illik süründürməçiliyindən sonra və bütün maneələrə baxmayaraq, özü icra edib. Vaxtlə Azərbaycan xalqının etnik təmizləməyə məruz qaldığını görmək istəməyən, bir milyon azərbaycanlının öz evindən köçkün və qaçqın düşməsinə göz yuman, işğalçını sülhə məcbur etməyən dövlət və qurumların, hansısa mücərrəd, birtərəfli və qərəzli məlumatlara istinad edərək apardıqları təxribat kampaniyaları bir daha sübuta yetirir ki, vaxtilə onların həyata keçirdikləri “vasitəçilik” missiyasının hədəfi bizi ərazi itkisinə məruz qoymaqdan, işğalla barışdırmaqdan ibarət olub. Yaxud onların insan hüquq və azadlıqları ilə bağlı yanaşmaları insanların milli və dini mənsubiyyətinə görə dəyişir. Məhz bu baxış bucağı tayfa, qəbilə təfəkkürünün, hüquqi nihilizmin göstəricisidir və heç zaman qəbul edilə bilməz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi