2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir. Bu da ölkə əhalisin 13,5 faizini təşkil edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır. Cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb.
Məlumatda həmçinin qeyd olunub ki, 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə əmək pensiyası alır.
Mirmahmud KAZIMOĞLU