Modern.az

Qadın ərini bıçaqladı

Qadın ərini bıçaqladı

Aktual

16 Sentyabr 2017, 19:41

Şəmkirdə bıçaqlanma hadisəsi olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə İ. Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var