Modern.az

Təhsil ekspertindən bədbin PROQNOZ: “İdman Akademiyasındakı yeni ixtisaslar boş qalacaq”

Təhsil ekspertindən bədbin PROQNOZ: “İdman Akademiyasındakı yeni ixtisaslar boş qalacaq”

7 Noyabr 2017, 13:12

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında magistr pilləsi üzrə üç ixtisasın təqdimatı keçirilib. Bu  “idman jurnalistikası”, “idman menecmenti” , “idman tibbi və reabilitasiya” ixtisaslarıdır. Hər üç ixtisasda tədris ingilis dilində aparılacaq. Bu səbəbdən Böyük Britaniyanın bəzi universitetləri ilə sazişlər imzalanıb.Tədrisin keyfiyyəti üçün Britaniyadan kadrlar cəlb olunub və xarici resurslardan geniş istifadə imkanları yaradılıb.

İxtisaslara qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin magistratura imtahanının 1-ci mərhələsindən keçməli və TOEFL İBT (minimum 83 bal) və ya İELTS ( minimum 6.5) test nəticələrini təqdim etməlidirlər.


Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ilkin mərhələ üçün bu şərtlər olduqca ağırdır və plan yerlərinin boş qalması qaçılmazdır:

“Azərbaycanda İELTS imtahanında iştirak edən şəxslərin 70%-i İELTS imtahanlarında 5.5-lik nəticəni keçə bilmir. Yuxarı bal toplayan şəxslər də oranı seçmir. Ona görə də plan yerlərinin boş qalma ehtimalı çoxdur”.

Ekspert təhsilin keyfiyyətində və  ixtisasların tədrisində də müəyyən problemlərin yaranacağını qeyd edib.

“İlk növbədə o ixtisasa əmək bazarında ehtiyac olmalıdır. Bundan başqa, Azərbaycanda o ixtisası tədris edə biləcək kadrlar və resurslar yoxdur. Tutalım ki, xarici universitetlərdən kadr cəlb etdik və resursları ordan böyük məbləğdə pul hesabına təşkil etdik. Amma bu davamlı və uzunmüddətli ola bilməz. Çünki gəlir əldə etmək mümkün deyil”.

Kamran Əsədovun sözlərinə görə, yüksək səviyyədə qəbul şərtləri həmin ixtisasa qəbulu kütləviləşdirməyəcək.

“İELTS nəticəsi 6.5 olan bakalavrın Azərbaycan universitetlərindən birini seçməsi ağılsızlıq olar. O bal dünyanın yaxşı universitetlərinə qəbul imkanı verir və hətta pulsuz təhsil imkanı yaradır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi