Modern.az

Nazirlik pensiyaların gecikmə səbəblərini açıqlayıb

Nazirlik pensiyaların gecikmə səbəblərini açıqlayıb

Aktual

15 Yanvar 2018, 12:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanvar ayı üzrə pensiyaların gecikmə səbəblərini açıqlayıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Modern.az-a deyib ki, cari ilin yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsinə bir neçə gün sonra, yəni ayın 16-dan başlanacaq:


“Daha sonra ötən aylarda olduğu kimi, maliyyələşdirmə , qrafikə uyğun şəkildə davam etdiriləcək. Yəni maliyyələşmə rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq- məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək”.

 

Qurum rəsmisi bildirib ki, ümumilikdə yanvar ayı üzrə əmək pensiyalarının ödənişi ay ərzində başa çatdırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi