Modern.az

Azad Rəhimov: “Parlamentimiz bir daha sübut etdi ki, idman ölkəsiyik”

Azad Rəhimov: “Parlamentimiz bir daha sübut etdi ki, idman ölkəsiyik”

Aktual

11 Mart 2018, 13:57

“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu 2:1 hesabı ilə deputatlarımızın xeyrinə başa çatıb.

 

Gənclər və idman naziri Azad Rəhimov Modern.az-a açıqlamasında bu cür görüşlərin keçirilməsinin vacib olduğunu bildirib:

 

“İstərdik ki, bu görüşlərə daha çox ölkə qatılsın. Amma bizim parlamentimiz bir daha sübut etdi ki, biz idman ölkəsiyik. Parlamentimiz belə gözəl futbol oyunu nümayiş etdirirsə, biz hər sahədə irəliləyiş və yeniliklər nümayiş etdirə bilərik”.

 

Nazir Milli Məclisin futbol komandasını  təbrik edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək