Türkiyə ordusu “Zeytun Budağı” əməliyyatı başlayandan etibarən 46 hərbçisini itirib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinın Baş Qərargah İdarəsi məlumat yayıb.
Bildirilir ki, əməliyyatlar zamanı 225 hərbçi yaralanıb.
Qeyd edək ki, Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürüldüyünü bildirib.