Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.