Modern.az

Salyanda ağır qəza - 10 nəfər yaralandı

Salyanda ağır qəza - 10 nəfər yaralandı

Aktual

13 İyul 2018, 08:32

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”nun aşdığı bildirilir.

 

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

 

 

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi