Modern.az

Telefondan narazı qaldı, mağazanı yandırdı

Telefondan narazı qaldı, mağazanı yandırdı

Aktual

28 Sentyabr 2018, 11:57

Rusiyanın Kemerovo şəhərində aldığı telefondan narazı qalan müştəri mağazanı yandırıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərdəki yerli mağazalardan birindən telefon alan şəxs onu geri qaytara bilmədiyi üçün mağazaya od vuraraq hadisə yerindən qaçıb.

 

Polis şübhəlini saxladığı zaman o, satıcılarla konflikt yarandığından dükanı yandırmaq qərarına gəldiyini bildirib. O, mağazaya yanar maye tökərək od vurub və oradan qaçıb.

 

33 yaşlı şübhəli bununla mağaza sahibindən qisas çıxmağı qərara alıb.

Hadisə ilə bağlı cinayət işi açılıb və şübhəlini 5 il həbs cəzası gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar