Modern.az

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ

Aktual

10 Dekabr 2018, 12:42

“Bəzən intensiv hərbi əməliyyatların getdiyi dövrlərdə yaxınları əsir və girov götürülən, itkin düşən Azərbaycan vətəndaşlarının müəyyən hissəsi özfəaliyyətlə məşğul olaraq Gürcüstan ərazisinə gediblər, orada ermənilərlə danışıqlar aparıblar və nəticəsi də çox faciəli olub”.

 

Modern.az xəbər verir ki, bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

 

O, əhalini diqqətli olmağa çağırıb. Bildirib ki, həmin şəxslərin özləri də girov götürülüb: “Bu, təəssüfedicidir. Həmişə vətəndaşlara bir şeyi təlqin edirik ki, heç vaxt dövlət orqanları ilə razılaşdırılmamış addım atmasınlar”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik