Modern.az

Gömrükdə elektron bəyannəmə verməyənlər cərimələnəcək

Gömrükdə elektron bəyannəmə verməyənlər cərimələnəcək

25 Dekabr 2018, 12:11

Azərbaycanda elektron formada qısa idxal bəyannəməsi verməyənlərə cərimələr tətbiq olunacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Yeni dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat , hüquqi şəxslər 500 manat məbləğində cərimə olunacaqlar.

Təklifə əsasən, mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi ilə bağlı cərimələr olduğu kimi qalacaq. Qeyd edək ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilərkən gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?