Modern.az

Deputatlar həftəsonu tətilə çıxacaqlar  

Deputatlar həftəsonu tətilə çıxacaqlar  

26 Dekabr 2018, 13:16

Milli Məclisin deputatları bu həftədən – dekabrın - 28-dən etibarən tətilə çıxır.


Modern.az-ın
məlumatına görə, parlamentin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası dekabrın 28-də keçiriləcək. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.

 

Sonuncu iclasdan sonra deputatlar tətilə çıxacaqlar. Parlamentin Daxili Nizamnaməsinə əsasən, millət vəkilləri yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək.

 

Qeyd edək ki, Milli  Məclisin payız sessiyasının sonuncu iclası dekabrın 28-də keçiriləcək. İclasın gündəliyinə 44 məsələ daxil edilib. Həmçinin, iclasda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası  Milli Məclisinin Müraciətinin təsdiq ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?