Modern.az

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

21 Yanvar 2019, 12:29

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.

 

Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir