Modern.az

Bakı Meriyası “Qarabağ mitinqi”nə icazə vermədi  

Bakı Meriyası “Qarabağ mitinqi”nə icazə vermədi  

12 Fevral 2019, 15:43

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Modern.az-ın məlumatına görə, bununla bağlı Komitəsinin üzvü Taleh Əliyev BŞİH-nə dəvət olunub və ona rəsmi cavab təqdim olunub.

Cavabda Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilmədiyi bildirilib.

Qeyd olunub ki, BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib və bununla bağlı təşkilatçılara məlumat verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!