Modern.az

Hava XƏBƏRDARLIĞI: Külək güclənəcək

Hava XƏBƏRDARLIĞI: Külək güclənəcək

14 Fevral 2019, 16:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava xəbərdarlığı edib.

Departamentdən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.


Azərbaycanın rayonlarında fevralın 14-ü axşamdan 17-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı