Modern.az

AŞPA Azərbaycan hökumətinə təşəkkür etdi

AŞPA Azərbaycan hökumətinə təşəkkür etdi

Aktual

9 Sentyabr 2019, 18:00

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

 

Modern.az xəbər verir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

 

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi və ümumiyyətlə səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - deyə, o qeyd edib.

 

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları