Modern.az

Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA

Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA

17 Sentyabr 2019, 00:33

Səudiyyə Ərəbistanının "Aramko" neft şirkətinə məxsus zavodları İran istehsalı silahlarla vurulub.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Yəməndəki Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya sözçüsü Türki əl-Maliki çıxış edib.

Maliki zavodların Yəməndən vurulmadığını iddia edib:

"İlkin nəticələr göstərir ki, hər iki hücumda istifadə edilən silahlar İrana məxsusdur".

Qeyd edək ki, “Saudi Aramko” şirkətinin iki neftayırma zavodu dron hücumuna məruz qalıb. Bu, Səudiyyə Ərəbistanının neft hasilatını 5,7 milyon barrelə qədər azalmasına səbəb olub. Nəticədə dünyada neftin qiymətlərində kəskin artım qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi