Modern.az

“11 ayda 340 binaya qaz verilib” – Ruslan Əliyev

“11 ayda 340 binaya qaz verilib” – Ruslan Əliyev

Aktual

29 Dekabr 2019, 15:54

“2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Dünən artıq proqramın icrası tam yerinə yetirilib və sonuncu yaşayış məntəqəsi – Goranboy rayonunun Goran qəsəbəsinə qaz açılışı təmin olunub. Beləliklə, bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib”.

 

Modern.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub:

 

“Qazlaşma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanıb. Digər massivlərdə qazlaşma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb. Müqayisə üçün Azərbaycanda qazlaşma səviyyəsi 01.01.2010-cu il tarixə olan məlumata görə 62,2 faiz təşkil edirdi. Hazırda bu göstəricidə 33,8 faiz artım var”.

  

R.Əliyev bildirib ki, çoxmərtəbəli binaların istismara qəbulu sahəsində də ciddi addımlar atılıb:

 

“2019-cu ilin 11 ayında 340 binaya qaz verilişi icra olunub. Bir çox şəhid ailəsi və Qarabağ qazilərinin müraciətləri müsbət həll edilib. İstixana sahibləri ilə 3 dəfə (Şəmkir rayonu, Bakı şəhərinin Xəzər rayonu və Salyan rayonu) görüş keçirilib. Onların qaldırdıqları bir sıra problemlər həll olunub. Bölgələrdə 2019-cu ilin aprel ayından etibarən hər ay vətəndaş qəbulları təşkil edilib, onları maraqlandıran məsələlər barədə məlumat verilib, müraciətlərinin icrası nəzarətə götürülüb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi