Modern.az

Hüququnun pozulduğunu iddia edən vətəndaş polis tərəfindən dinlənildi

Hüququnun pozulduğunu iddia edən vətəndaş polis tərəfindən dinlənildi

11 Fevral 2020, 14:00

Paytaxtın Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birinin qarşısında hüquqlarının pozulması ilə bağlı şikayət edən Saraxanım Ağayeva polis əməkdaşları tərəfindən Yasamal RPİ-yə dəvət olunaraq rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib.

 

Bu barədə Modern.az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

Onun sözlərinə əsasən, qəbul zamanı vətəndaş bildirib ki, 2010-ci ildə oğlu Ceyhun Aslanov tanışı Bahadur Qasımova məxsus Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən mənzili ömürlük renta müqaviləsi bağlayaraq, ömrünün sonuna kimi saxlaması, eləcə də mənzilə dair bütün xərcləri ödəməsi öhdəliyini üzərinə götürərək 40000 manat xərcələyib. 2018-ci ildə B.Qasımov vəfat etdikdən sonra qardaşı Platon Qasımov müqavilənin ləğv olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etməsi onların arasında mülki mübahisənin yaranmasına səbəb olub.

 

Vətəndaşın şikayəti üzrə xüsasatlar polis idarəsində tam və hərtərəfli araşdırılmaqla, qanunvericiliyin tələbləri onun diqqətinə çatdırılıb, mübahisə doğuran halların araşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi