Modern.az

“Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu” - Şairin ev muzeyindən çağırış...

“Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu” - Şairin ev muzeyindən çağırış...

Aktual

15 Aprel 2020, 12:35

Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına əsasən, respublikanın bütün elmi-tədqiqat müəssisələri o cümlədən  AMEA nəzdində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyi fəaliyyətini dayandırıb və 2020-ci il üçün nəzərdə tutulmuş elmi-tədqiqat planına uyğun olaraq görüləcək işlərin qismən həyata keçirtmək məqsədilə  işlərini onlayn rejimdə davam etdirir.


Modern.az xəbər verir ki, muzeyin rəsmi internet saytı www.huseyncavid.az online formada öz ziyarətçilərini qəbul edir. Dolğun informasiya ilə zəngin platformada muzey haqqında geniş məlumat əldə etmək, “virtual muzey” pəncərəsindən muzeydə saxlanılan eksponatlarla tanış olmaq mümkündür. Eləcə də Cavid yaradılığı ilə məşğul olan alimlərə elektron sorğu vasitəsilə muzeyin nəşrlərinin elektron variantı təqdim olunur.

Hüseyn Cavid yaradıcılığını sosial şəbəkələrdən də təbliği işi yüksək səviyyətə həyata keçirilir. Muzeyin rəsmi Facebook səhifəsində  kiçik videoçarxlar, muzeydə saxlanılan  fotoşəkillərin tarixçələri, Hüseyn Cavidin əsərlərindən parçalar, şairin sözlərinə bəstələnmiş musiqilər nümayiş olunur. Muzeyin rəsmi Facebook səhifəsində rəhbərliyin tərtib etdiyi növbətçilik qrafiki ilə əməkdaşlar suallara cavab verir. Muzeyin əməkdaşları karantin müddətində elmi işlərini ev şəraitində davam etdirərək, 2020-ci ildə elmi-tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, təbliği və tədqiqi sahəsində mühüm işlər görürlər. Belə ki “Cavidşünaslıq” araşdırmalar toplusunun 20-30-cu cildləri üzərində işlər davam etdirilir. Onu da qeyd edək ki, coxcildli “Cavidşünaslıq” araşdırmalar toplusunun 1 cildi  ingilis dilli məqalələrdən ibarət olacaq.

Eləcə də, plana uyğun olaraq muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının 3-cü cildinin üzərində işləri davam etdirir. Bu il Hüseyn Cavidin “Knyaz” əsərinin yazılmasının 90 ili, “Uçurum” əsərinin yazılmasının 100 ili tamam olur. Bu münasibətilə həmin əsərlər yenidən nəşrə hazırlanır. Eyni zamanda “Xəyyam” və “Şəhla” əsərlərinin yazılmasının 85 illiyi tamam olur bu münasibətlə Hüseyn Cavidin ev muzeyinin əməkdaşları tərəfindən həmin əsərlər haqqında ədəbi-tarixi xronika hazırlanır. “Topal Teymur” əsərinin yazılmasının 95 illiyi münasibətilə əsər hal-hazırda ingilis dilinə tərcümə olunur və mövcud vəziyyət bitdikdən sonra nəşrə təqdim ediləcək.

Hüseyn Cavidin ev muzeyi sosial izolyasiya çağırışına qoşularaq, vətəndaşlara “Evdə Qal və Hüseyn Cavidin əsərlərini oxu” deyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar