Modern.az

“Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov

“Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov

Aktual

2 İyun 2020, 16:58

“Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, Maliyyə Nazirliyi yeganə orqandır ki, gəlirlərlə bağlı proqnozların azaldılmasında maraqlı olmur:

 

"Maliyyə Nazirliyində xüsusi model var. Modellərdə verilənlərdən çox şey asılıdır. 2019-cu ildə biz vergi sahəsində böyük islahatlara getdik. Gəlir vergisini faktiki olaraq özəl sektordan götürdük. Bu islahatın əsas məqsədlərindən biri kölgədə olanların aşkara çıxarılmasından ibarət idi. Biz gözləyirdik ki, gəlir vergisi üzrə azalma olacaq. Ancaq sonra biz minimum əməkhaqqını artırdıq və bununla gəlir vergisinin artmasına nail olduq. Yəni iki fakt bir-birini tarazlaşdırdı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək