Modern.az

Xınalığa leysan yağdı - Faktiki  hava

Xınalığa leysan yağdı - Faktiki  hava

Aktual

14 İyul 2020, 18:00

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın  mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...