Modern.az

Məleykə Abbaszadə CANLI YAYIMA çıxır

Məleykə Abbaszadə CANLI YAYIMA çıxır

Aktual

10 Sentyabr 2020, 10:38

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar canlı yayım ediləcək. .

Modern.az xəbər verir ki, bu barədə DİM bəyan edib.

Bildirilib ki, canlı yayımda Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı geniş məlumat verəcək, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandıracaq.

“Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi