Qarabağda ardıcıl hərbi məğlubiyyətlərə uğrayan Ermənistan ordusu öz xalqına yanlış məlumatlar verməkdə davam edir.
Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovannisyanın növbəti mətbuat konfransı zamanı gülməli hal yaşanıb.
Belə ki, Ovannisyanı müşayiət edən erməni hərbçinin ayağında çəkələk olması diqqət çəkib.
Səliqəsiz və ruh düşkünlüyü üzündən sezilən hərbçinin belə sərbəst görünüşdə mətbuat konfransına qatılması sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
Nəzrin Vahid