Modern.az

Azay Quliyev prezidentlə görüşdü

Azay Quliyev prezidentlə görüşdü

22 Aprel 2021, 15:32

ATƏT PA-nın rəsmi Tviter hesabında verılən məlumata görə, ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bu gün Albaniyanın prezidenti İlir Meta ilə görüşüb.

 

Modern.az xəbər verir ki, ATƏT PA-nın Baş katibi Roberto Montellanın iştirak etdiyi görüşdə 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan seçki müşahidə missiyasına tam dəstək ifadə olunub və gələcək əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir