Modern.az

Polislər ağac əkdilər - FOTO

Polislər ağac əkdilər - FOTO

10 May 2021, 00:46

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 200-dən çox şam ağacları əkiblər.

 

Əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək