Modern.az

“Dostluq” kinoteatrı sökülür? -FOTO

“Dostluq” kinoteatrı sökülür? -FOTO

Aktual

9 İyun 2021, 19:18

Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Dostluq” (Drujba) kinoteatrının söküləcəyi deyilir.

 

Modern.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 1952-ci ildə tikilən bina “Stalinist” memarlıq dövrünə məxsus abidədir. Memar sözügedən kinoteatrın yerində çoxmərtəbəli binanın tikiləcəyini iddia edib.

 

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya bildirib ki, “Dostluq” (Drujba) kinoteatrının binası nazirliyin balansında qeydiyyatda deyil.

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə söküntü xəbəri haqda ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı 2017-ci ildə özəlləşdirilib. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var