Modern.az

Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi

Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi

Aktual

28 Sentyabr 2021, 18:14

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 5 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.

 

Modern.az  xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

 

Məlumatda deyilir ki, bu qərar fitosanitar monitorinqinin təhlilinin nəticələrinə əsasən, həmçinin Azərbaycannın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib. Həmin sahibkarlıq subyektləri Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "CTC Holdinq" MMC, Xətai rayonunda fəaliyyət göstərən "Ay Agro" MMC, Quba rayonunda fəaliyyət göstərən “Eа-Fruits" MMC, Saleh Cəfər oğlu Ərəbov və Şaulova Lyudmila İsayevnadır.

 

Bununla da, Azərbaycandan Rusiyaya alma ixrac etməyə icazə verilmiş dən müəssisələrin sayı 70-ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!