Modern.az

Bu il doğulan üçəmlər, dördəmlər

Bu il doğulan üçəmlər, dördəmlər

Aktual

19 Oktyabr 2021, 12:16

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında doğulan körpələrin sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən( DSK) Modern.az-a verilən mılumata görə, hesabat dövründə 73177 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.

 

Rəsmi məlumata görə, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü