Modern.az

Təhsil İdarəsinə 67 584 müraciət daxil olub

Təhsil İdarəsinə 67 584 müraciət daxil olub

Aktual

28 Dekabr 2021, 09:36

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 67 584 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

 

Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 248 zəng qəbul edilib.  
Həmçinin BŞTİ-nin 146-0 Çağrı Mərkəzinə 36 663 zəng daxil olub.

 

17 455 sənəd (vətəndaşlar tərəfindən 5 697 ərizə, Təhsil Nazirliyindən 2 090, digər qurumlardan 2 060, məktəblərdən 4 673 məktub, 641 strukturdaxili yazışma və  2294 kadr ərizəsi) qəbul olunub.

 

Həmçinin 5 311 elektron müraciətə baxılıb.

 

Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, İdarə tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilib.  Videoqəbulda iştirak edən 907 vətəndaşın müraciəti İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi