Modern.az

Bu il təmir olunan məktəblərin SAYI

Bu il təmir olunan məktəblərin SAYI

Aktual

28 Dekabr 2021, 09:42

Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

 

Eyni zamanada 7 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 88, 172, 133, 205, 307, 333), ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb.

 

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

 

Həmçinin 3 məktəbdə (35, 87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar