Modern.az

Aztəminatlı ailələlərə 100 manat VERİLƏCƏK - Nazir müavini

Aztəminatlı ailələlərə 100 manat VERİLƏCƏK - Nazir müavini

Aktual

30 Dekabr 2021, 11:23

"Azərbaycanda 47 min aztəminatlı ailənin hər birinə bayram münasibətilə birdəfəlik 100 manat məbləğində yardım göstəriləcək".

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.

O qeyd edib ki, növbəti illərdə həssas təbəqəyə aid olan şəxslərin vəziyyəti diqqət mərkəzində olacaq:

"Bu istiqamətdə vacib addımlar atılacaq. Gələn ilin dövlət büdcəsindən 1,5 milyard manat sosialyönümlü yardımlara xərclənəcək".

Nazir müavini eyni zamanda, əmək pensiyalarının minimum məbləği də artırdığını da vurğulayıb:

"Bu da 65 min şəxsi əhatə edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar