Modern.az

Dünyada koronavirusla bağlı SON VƏZİYYƏT

Dünyada koronavirusla bağlı SON VƏZİYYƏT

Aktual

30 Dekabr 2021, 11:35

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 284 580 401 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 5 422 376 nəfər təşkil edir.

 

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 53 663 221 nəfərə çatıb, 822 920 nəfər infeksiya səbəbindən vəfat edib.

 

İkinci yerdə qərarlaşan Hindistanda 34 822 040 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 480 860 nəfər ölüb.

 

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 269 031 nəfər virusa yoluxub, onlardan 619 095 nəfəri ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar