Modern.az

ABŞ-da tədris onlayn formaya qayıdır

ABŞ-da tədris onlayn formaya qayıdır

Aktual

2 Yanvar 2022, 11:10

ABŞ-da son zamanlar koronavirusa yoluxma hallarının sürətlə artması səbəbindən bir çox universitet  yenidən distant təhsilə keçib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 ştatda 70-dən çox universitet ikinci semestr kurslarını onlayn davam etdirəcəyini açıqlayıb.

 

 

Harvard Universiteti distant təhsilin yeni ilin ilk üç həftəsində keçiriləcəyini və vəziyyət yaxşılaşarsa, yanvarın axırında kompuslara qayıdacağını bildirib.

 

 

Distant təhsilə qayıdacaq digər təhsil müəssisələrinə Corc Vaşinqton, Yale və Kolumbiya kimi universotetlər daxildir. 

Whatsapp
Bizə yazın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar