Modern.az

Parlament binasında yanğın başladı

Parlament binasında yanğın başladı

Aktual

2 Yanvar 2022, 11:05

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğını söndürmək üçün əraziyə əlavə qüvvələr cəlb edilib. 

 

Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karels açıqlamasında bildirib ki, yanğın nəticəsində damdakı bitum da əriyib:

 

“Bu hal hadisənin ciddiliyindən xəbər verir. Həmçinin binanın bəzi divarlarının çatladığı, uçma ehtimalının olduğu barədə məlumatlar var”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar